Dərsdinləmə keçirilib

      2024-2025-ci tədris ilində məktəbin "Fəaliyyət Planı"nın  peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə müvafiq  bəndinə əsasən Coğrafiya fənn aylığı çərçivəsində 18/03/2025-ci il tarixdə məktəbin coğrafiya müəllimi Xəlilova Fatimənin 7 "C"sinfində  dərsi dinlənilmişdir. "Torpaq" mövzusunda keçirilən bu dərsdə müəllim  nəzəri materialı qısa şərh etdi. Bundan sonra  şagirdlər verilən suallar əsasında tədqiqat işi apardılar, qrup işində fəal iştirak edərək öyrəndiklərini təqdim etdilər.
      Dərsdə məktəb rəhbərliyi və müəllimlər  iştirak etmişlər. Dərsin metodiki xüsusiyyətləri ilə bağlı direktor əvəzedicisi Zərifə Cəfərovanın, fənn müəllimi və metodbirləşmə üzvləri ilə görüşü keçirildi və dərsin keyfiyyəti haqqında fikirlər dinlənildi, müzakirə aparılarkən Coğrafiya fənni üzrə metodbirləşmə rəhbəri Susanna Abduləzimova da  öz fikirlərini bildirdikdən sonra müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi