21 Fevral bütün dünyada "Beynəlxalq Ana Dili Günü" kimi qeyd olunur

   21.02.2025-ci il tarixində məktəbin dil-ədəbiyyat müəllimi Fəridə Məhərrəmovanın rəhbərliyi ilə 7"B" sinif şagirdləri “Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş  təqdimat hazırlamışlar.Bu əlamətdar gün haqqında Fəridə müəllimə geniş çıxış edərək bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir.
       Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.
 Şagirdlər isə, ana dilinə həsr olunan divar qəzetləri hazırlamış, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndiriblər. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak edirdilər. Tədbirin sonunda məktəb rəhbəri Zərifə Cəfərova çıxış edərək bildirmişdir ki,ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib.
 Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi