Şövkət Məmmədovanın 120 illik yubileyi ilə əlaqədar tədbir

Məktəbimizdə Azərbaycan və dünya operasının solisti, ilk professional Azərbaycan qadın müğənnisi, musiqi xadimi və pedaqoq Şövkət Məmmədovanın 120 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanmışdır. Bütün siniflərdə Şövkət Məmmədovanın həyat və yaradıcılığı ilə bağlı təşkilat saatları keçirilmiş, musiqi dərslərində musiqi xadimi haqqında şagirdlərə ətraflı məlumat verilmişdir. Musiqi müəllimi Safurə Qarayeva 17.10.2017- ci il tarixdə 5a sinif şagirdləri ilə birlikdə ilk qadın opera solisti - Şövkət Məmmədova yaradıcılığı haqqında maraqlı tədbir keçirmişdir. Tədbirdə Şövkət Məmmədovanın ömür yolundan səhifələr vərəqlənmiş, onun ifa etdiyi xalq mahnıları, "Qarabağ şikəstəsi", " Arşın mal alan" operasından bir parça şagirdlərin ifasında səslənmişdir. Tədbirdə şagirdlərdən Ağayeva Fidan, Abışova Solmaz, Babazadə Nuray, Əliyev Rəhman, Əlizadə Rəsul, Xəlilova Nərmin, Məmmədova Zeynəb, Məmmədova Tünzalə, Tağıyev Rəvan, Zəkullazadə Fatimə fəal iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi