"Ailəm və məktəbim" layihəsinin keçirilməsi ilə bağlı tədbirlər davam edir

19.05.2025-21.05.2025-ci il tarixlərində "Açıq həftə"- nin sonuncu mərhələsi yuxarı siniflərin valideynləri ilə keçirildi. Könüllü valideynlər məktəbə dəvət olundu. Onların övladlarının təhsil aldıqları məktəblə yaxından tanışlığının təmin olunması, məktəbin tədris resursları və məktəbdə həyata keçirilən layihələr barədə məlumatlandırılması, dərs prosesinin izlənməsi, məktəb kitabxanası, yeməkxanası, idman zalı, fənn kabinetləri, tibb personalı, psixoloqu ilə yaxından tanışlığı təşkil olundu. Layihənin keçirilməsində məqsəd tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılmasıdır.