Kiçik Akademiya

21.11.23-cü il tarixində "Kiçik Akademiya"nın növbəti yığıncağı keçirilibYığıncaqda "Kiçik Akademiya"nın üzvləri iştirak ediblər. İclası giriş sözü ilə "Kiçik Akademiya"nın rəhbəri Gülüsüm Hacıyeva açıb. G.Hacıyeva şagirdləri salamlayıb və qarşıda duran vəzifələrdən danışıb. Sonra söz şagirdlərə verilib. 9"A" sinif şagirdləri Əhmədli Nigar və Rufullayeva Xalidə CPR (Cardiopulmonary Resuscitation) mövzusu ilə çıxış ediblər. 9"C" sinif şagirdi Əliməmmədov İlkinin “Süni intellekt” mövzusunda araşdırmaları iclas iştirakçılarının marağına səbəb olub və alqışlarla qarşılanıb. Molouki Mobin “Starlink” mövzusu üzərində araşdırmalar aparıb və onun müsbət cəhətlərini qeyd etməyə çalışıb. Bu mövzu Akademiya üzvlərinin böyük marağına səbəb olub. Sonda Gülüsüm müəllimə çıxış edərək şagirdlərə öz minnətdarlığını bildirib və 22.11.23-ci il tarixində keçiriləcək "Kiçik Akademiya"nın rayon konfransına Əhmədli Nigar və Rufullayeva Xalidənin işlərinin layiq görüldüyünü qeyd edib.

Ətraflı

"Gələcəyin Alimləri"nin növbəti iclası keçirilibBu gün məktəbimizdə "Gələcəyin Alimləri"nin növbəti iclası keçirilib. İclas Xətai Rayonu Heydər Əliyev adına liseydə keçirilən Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərin davamı kimi qiymətləndirilib. Bu tədbirdə məktəbimizin 8"A" sinif şagirdi Əhmədli Nigar "Rusiyanın Azərbaycana təcavüzü: XVIII əsrin əvvəlləri və sonları" mövzusu ilə məruzə edib. Sevindirici haldır ki, Nigarın çıxışı munsiflər heyətinin marağına səbəb olub və diploma layiq görülüb. Həmin mövzu ilə çıxış edən Nigarı Akademiyanın üzvləri böyük maraqla dinləyiblər və Nigara suallarla müraciət ediblər. Nigar bütün sualları cavablandırıb. Sonra söz 9"C" sinif şagirdi Gülaya verilib. Gülayın çıxışı da Ulu Öndərimiz Heydər Əliyevə həsr olunub. İclasda məktəbimizin Təlim-Tərbiyə üzrə direktor müavini Leyla Əhmədova və Tərbiyə işləri üzrə direktor müavini Mətanət Əsgərova iştirak edib. Sonda Kiçik Akademiyanın rəhbəri Gülsüm Hacıyeva Akademiya üzvlərinə və məruzəçiyə öz təşəkkürünü bildirib və şagirlərə uğurlar arzulayıb.

Ətraflı

"Kiçik Akedemiya”nın növbəti yığıncağı keçirilib7 aprel məktəbimizdə "Kiçik Akedemiya”nın növbəti yığıncağı keçirildi. Yığıncağı giriş sözü ilə “Kiçik Akedemiya”nın rəhbəri Gülüsüm Hacıyeva açdı. O, “Sabahın alimləri” 12-ci Respublika müsabiqəsinin 9-11-ci sinif şagirdləri arasında keçirilən yarışmada 3-cü yerə layiq görülən Babayeva Zeynəbin “Tibb və sağlamlıq” mövzusundakı işinin təqdim olunacağını bildirdi. Söz 11"B" sinif şagirdi Babayeva Zeynəbə verildi. Zeynəb böyük həvəslə öz işləri və yaratdıqları cihaz haqqında maraqlı məlumatlar verdi. İclasda məktəbin fizika müəlliməsi Asiyət Musayeva və tərbiyə İşləri üzrə direktor müavini Mətanət Əsgərova iştirak edirdi. Sonda Gülüsüm Hacıyeva şagirdlərə gələcək işlərində uğurlar və yeni nailiyyətlər arzuladı.

Ətraflı

"Kiçik Akademiya" nın növbəti yığıncağı23 dekabr məktəbimizdə "Kiçik Akademiya" nın növbəti yığıncağı keçirildi. Yığıncağı giriş sözü ilə Gülsüm Hacıyeva açdı. O, Akademiyanın işi haqqında məlumat verdikdən sonra sözü "Kiçik Akademiya"nin prezidenti Əfəndiyev Əliyə verdi. Əli tədbir iştirakçılarını salamladıqdan sonra sözü növbə ilə çıxışı olan iştirakçılara verdi. İstedadlı gənclərimiz öz əməklərinin bəhrəsi olan işlərini böyük həvəslə təqdim etdilər. İştirakçılar, 9"A", 9"C" və 10"B" sinif şagirdləri böyük həvəslə "Enerjini necə eldə etmək olar", "Azərbaycanın dərman bitkiləri", "Aysberqlərin əhəmiyyəti", "İnternetin həyatımızda rolu" və "Şəlalər haqqında" maraqlı məlumatlarla çıxış etdilər.

Ətraflı

"Kicik Akademiya"nın növbəti iclası keçirilibBu gun məktəbimizdə "Kicik Akademiya"nın növbəti iclası keçirildi. İclasda 7-11-ci sinif şagirdləri iştirak edirdi. "Kicik Akademiya"nın rəhbəri Gülüsüm Hacıyeva çıxış edərək təşkilati məsələlərdən danışdı. O bildirdi ki, "Kicik Akademiya"nin prezidenti vəzifəsini icra etmək üçün yeni sədr seçilməlidir. İclas iştirakçıları 8"A" sinif şagirdi Əfəndiyev Əlini yekdilliklə Akademiyanın prezidenti seçdilər. Sonra Akademiyanın yeni üzvləri seçildi. 2022-2023-cü tədris ili üçün " Kiçik Akademiya"nın iş planı tərtib olundu.

Ətraflı

"Kiçik Akademiya"nın növbəti yığıncağı keçirilibBu gün məktəbimizdə Gülsüm Hacıyevanın rəhbərliyi ilə "Kiçik Akademiya"nın növbəti yığıncağı keçirilib. Tədbirdə "Kiçik Akademiya"nın fəalları iştirak ediblər. Murad Quliyevın hazırladığı “Qarabağın dərman bitkiləri” mövzusu şagirdlərin böyük marağına səbəb olub. Sonra mövzu ətrafında müzakirələr başlayıb.

Ətraflı

"Kiçik Akademiya"nın növbəti yığıncağı keçirilib"Kiçik Akademiya" nın növbəti yığıncağında qarşıya qoyulan məsələ II yarımildə planlaşdırılan mövzular və təhkim olunan şagirdlərin seçilməsi olub. Zəfər ilinin sevincini yaşayan şagirdlər böyük həvəslə yeni axtarışlara başlayacaqlarını qeyd ediblər.

Ətraflı

“Kiçik Akademiya”nın 2020-2021-ci tədris ilində növbəti yığıncağıBu gün məktəbimizdə Gülsüm Hacıyevanın rəhbərliyi ilə “Kiçik Akademiya”nın növbəti yığıncağı keçirildi. Yığıncaq 2020-2021-ci tədris ilinin yekunu və bu il ərzində gördüyümüz işlərin hesabatı xarakteri daşıyırdı.Yığıncaqda şagirdlərimiz "Qarabağ Azərbaycandır" və "Təmiz şəhər" mövzuları ilə çıxış etdilər. 9c sinif şagirdləri Babayeva Zeynəb, Quliyev Murad, 6a sinif şagirdi Ramazanlı Zamiqin çıxışları maraqla qarşılandı.

Ətraflı

"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsi"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsində fəal iştirakına görə məktəbimizin 10a sinif şagirdi Hacıyev Mürsəl Əli oğlu Tərifnamə ilə təltif olundu. Təbrik edir və uğurlar arzulayırıq.

Ətraflı

“Kiçik Akademiya”nın 2019-cu ildə son seminarı keçirildi“Kiçik Akademiya”nın 2019-cu ildə son seminarı keçirildi. “Kiçik Akademiya”nın rəhbəri Gülüsüm Hacıyeva 2019-cu ildə görülmüş işlər haqqında məlumat verdi. 8b sinif şagirdi Cəfərov Polad “Skanerin növləri”, 8c sinif şagirdi Murad “Təbiətdən təbabətə”, 10a sinif şagirdi Hacıyev Mürsəl “Ot torpağın eroziyasına necə mane olur?” mövzularında hazırladıqları təqdimatlarla çıxış etdilər. Mürsəl Hacıyev eyniadlı mövzu ilə “Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsində iştirak edərək tərifnaməyə layiq görülmüşdür.

Ətraflı

“KİÇİK AKADEMİYA”NIN YENİ İLDƏ İLK İCLASI“Kiçik Akademiya”nın yeni ildə ilk iclası keçirildi. İclasda 8a sinif şagirdi Əzimova Nərminin “Skanerin növləri” haqqında çıxışı dinlənildi və bu mövzuda təqdimatı nümayiş olundu. Sonra “Kiçik Akademiya”nın üzvləri mövzu üzrə müzakirələr apardılar. İclasın sonunda Gülsüm Hacıyeva şagirdlərin gördüyü işləri qənaətbəxş hesab etdi.

Ətraflı

"KİÇİK AKADEMİYA"NIN NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİMəktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın növbəti seminarı keçirildi. Seminarı giriş sözü ilə məktəbin coğrafiya müəllimi Gülsüm Hacıyeva açdı. Kiçik Akademiyanın üzvləri məruzə və elmi lahiyələrini slaydlarla təqdim etdilər. 11a sinif şagirdləri Kərimova Aytən "Qəribə yagıntılar", Səmədzadə Elmir "Azərbaycanın palçıq vulkanları", 8a sinif şagirdləri Ismayılov Səid "Azərbaycanın gölləri", Məmmədli Mətin "Qan xəstəlikləri" mövzusunda çox maraqlı çıxışlar etdilər. Uğurlu nəticələri ilə fərqlənən şagirdlər münsiflər heyəti tərəfindən müəyyən edilmiş meyarlara əsasən qiymətləndirildi. Sonda məktəbin direktoru Sevinc Tahirova çıxış edərək bildirdi ki, təqdimatlar çox maraqlı hazırlanıb və o, məktəbin Kiçik Akademiyasının bütün gənc alimlərinə işlərində müvəffəqiyətlər arzuladı.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri 55 nömrəli tam orta məktəb 1991-ci ildə fəaliyyətə başlamışdır. 2013/2014-cü tədris ilində məktəb yenidən tikilib ...

BİZİM FƏXRLƏRİMİZ

Zəfər Verdiyev Araz

Akif Kərimli Xalid

HAQQIMIZDA

Bakı şəhəri 55 nömrəli tam orta məktəb 1991-ci ildə fəaliyyətə başlamışdır. 2013/2014-cü tədris ilində məktəb yenidən tikilib ...

BİZİM FƏXRLƏRİMİZ

Zəfər Verdiyev Araz

Akif Kərimli Xalid

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi