"Kiçik Akademiya" nın növbəti yığıncağı

23 dekabr məktəbimizdə "Kiçik Akademiya" nın növbəti yığıncağı keçirildi. Yığıncağı giriş sözü ilə Gülsüm Hacıyeva açdı. O, Akademiyanın işi haqqında məlumat verdikdən sonra sözü "Kiçik Akademiya"nin prezidenti Əfəndiyev Əliyə verdi. Əli tədbir iştirakçılarını salamladıqdan sonra sözü növbə ilə çıxışı olan iştirakçılara verdi. İstedadlı gənclərimiz öz əməklərinin bəhrəsi olan işlərini böyük həvəslə təqdim etdilər. İştirakçılar, 9"A", 9"C" və 10"B" sinif şagirdləri böyük həvəslə "Enerjini necə eldə etmək olar", "Azərbaycanın dərman bitkiləri", "Aysberqlərin əhəmiyyəti", "İnternetin həyatımızda rolu" və "Şəlalər haqqında" maraqlı məlumatlarla çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi