Respublika fənn müsabiqəsində (RFM) şagirdimiz medalla təltif olunubRespublika fənn müsabiqəsində (RFM) final mərhələsinin nəticələri elan edilib. Nəticələrə əsasən məktəbimizin 7 “B” sinif şagirdi Şövqü Abdullayev riyaziyyat fənni üzrə III yeri tutaraq bürünc medala layiq görülmüşdür.
Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik!
Şotokan karate üzrə birinciliyiMəktəbin 4"C" sinif şagirdi İbrahimov Mehdi "15 İyun Azərbaycan Xalqının Milli Qurtuluş Günü"nə həsr olunmuş 2014-2016 təvəllüdlü yeniyetmələr arasında keçirilən DİN-in İdman Cəmiyyətinin şotokan karate üzrə birinciliyində 40-45 çəki dərəcəsində 1-ci yer tutmuş və diplomla təltif olunmuşdur. Şagirdimizi təbrik edir, yeni uğurlar arzulayırıq.
FISO Beynəlxalq Riyaziyyat və Məntiq İQ OlimpiadasıMəktəbin 4"A" sinif şagirdi Yusif Elbəyiyev Dubayda keçirilən FISO Beynəlxalq Riyaziyyat və Məntiq İQ Olimpiadasında 1-ci yer qazanıb və medalla təltif olunub. Şagirdimizi təbrik edir, yeni uğurlar qazanmasını diləyirik.