HİPPO İnternational English Language OlimpiadasıMəktəbin 8"B" sinif şagirdi Abbas Rzabəyli dünyanın ən nüfuzlu ingilis dili olimpiadalarından biri olan HİPPO İnternational English Language Olimpiadasında iştirak edib, növbəti mərhələyə vəsiqə qazanmışdır. Növbəti mərhələlərdə şagirdimizə uğurlar arzulayırıq.
Türkiyə Beynəlxalq Olimpiadasının ilkin mərhələsiMəktəbin 3"B" sinif şagirdi Akif Kərimli Türkiyə Beynəlxalq Olimpiadasının ilkin mərhələsində göstərdiyi yüksək iştirak və diqqətəlayiq nəticəyə görə bürünc medalla təltif olunub. Riyaziyyat sahəsindəki sədaqətini, istedadını və müstəsna bacarıqlarını tanımaq məqsədi ilə ona Sertifikat təqdim edilib. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
Azərbaycan Cüdo Federasiyası tərəfindən U-15 kiçik yaşlı yeniyetmə oğlanların komandalar arasında ölkə birinciliyiMəktəbin 8"A" sinif şagirdi Səmədov Suayib Azərbaycan Cüdo Federasiyası tərəfindən U-15 kiçik yaşlı yeniyetmə oğlanların komandalar arasında ölkə birinciliyində 55 kq çəki dərəcəsində II yer tutduğuna görə diplomla təltif olunmuşdur. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.