27 sentyabr-Anım Gününə həsr olunmuş tədbirAzərbaycan Respublikasının İdman və Gənclər Nazirliyinin Bakı Şəhər İdman və Gənclər İdarəsi tərəfindən Xətai rayonunda keçirilən 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbirdə fəal iştirak etdiyinə görə məktəbin şagirdləri təşəkkürnamə ilə təltif olunublar.
FİSO Beynəlxalq Riyaziyyat Olimpiadası‘’Global Olympiad Center’’in rəhbərliyi altında 24 iyun 2024-cü il tarixində BƏƏ-də FİSO Beynəlxalq Riyaziyyat Olimpiadasının final mərhələsi keçirilib. 18 ölkə arasında keçirilən yarışmada Azərbaycanı təmsil edən komandanın üzvü 2"B" sinif şagirdi Akif Kərimli 2-ci yerə çıxaraq gümüş medal qazanıb.
Səninlə fəxr edirik, Akif Kərimli!
Şahmat üzrə ölkə çempionatıMəktəbin 2"B" sinif şagirdi Xuduzadə Azad Şahmat üzrə ölkə çempionatında 8 yaş oğlanlar arasında II yer tutmuş və diplomla təltif olunmuşdur. Azad Avropa çempionatına növbəti mərhələyə vəsiqə qazanmışdır. Uğurlar sənə, Azad. Çempion adını gözləyirik!!!