Futbol üzrə U-11 komandası İtaliyanın Ravenna şəhərində "Ravenna Cup" beynəlxalq turnirində iştirak12 ölkə arasında keçirilən futbol yarışında Azart Futbol Klubunun məşqçisi Səxavət Ağazadənin rəhbərliyi ilə U-11 komandası İtaliyanın Ravenna şəhərində "Ravenna Cup" beynəlxalq turnirində iştirak edərək 4-cü yerə layiq görülmüşdür. Bu komandada məktəbimizin 5"C" sinif şagirdi Əmani Məhəmməd Hüseyn fəal iştirak edərək medal və sertifikatla təltif olunmuşdur.
XI sinif buraxılış imtahanı nəticəsiMəktəbin 11 “B” sinif şagirdi Miqdad Məmmədov buraxılış imtahanında 296 bal toplayaraq məktəb üzrə ən yüksək nəticəni əldə edib. Şagird məktəb rəhbərliyi tərəfindən diplomla təltif olunmuşdur.
Şahmat üzrə Bakı şəhəri çempionatında I yerAZE Gənclər və İdman Nazirliyi 8 yaşadək oğlanlar arasında şahmat üzrə Bakı şəhəri çempionatında I yerə layiq görüldüyünə görə məktəbin 2"B" sinif şagirdi Xuduzadə Azad diplomla təltif olunub. Məktəb kollektivi adından əldə etdiyi nailiyyətə görə şagirdimizi təbrik edir, uğurlarının davamlı olacağına əminliyimizi bildiririk.