FMO - Fermat Riyaziyyat OlimpiadasıMəktəbin 3"B" sinif şagirdi Akif Kərimli FMO - Fermat Riyaziyyat Olimpiadasında gümüş medala layiq görülüb. Bu münasibətlə şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik!
Kikboksinq üzrə açıq birinciliyində 2011-ci il təvəllüdlü idmançılar arasında 57 kq çəki dərəcəsində kikboksinq növü üzrə I yerMəktəbin şagirdi Rəsulzadə İlyas Azərbaycan Kikboksinq Federasiya “Bakı" Həvəskar və Peşəkar Kikboksinq İdman Klubunun Kikboksinq üzrə açıq birinciliyində 2011-ci il təvəllüdlü idmançılar arasında 57 kq çəki dərəcəsində kikboksinq növü üzrə I yer tutaraq Diplom və medalla təltif olunmuşdur. Həmişə zirvələrdə!!!
2011-2012 təvəllüdlü yeniyetmələr arasında 38 kq çəki dərəcədə "Hünər" İ.K açıq birinciliyində I yerMəktəbin 7"B" sinif şagirdi Səmədov Teyyub 2011-2012 təvəllüdlü yeniyetmələr arasında 38 kq çəki dərəcədə "Hünər" İ.K açıq birinciliyində I yer tutaraq qalib olmuş və diplomla təltif edilmişdir. Teyyubu təbrik edir, uğurlar arzulayırıq.