Bədii Qiraət - şeir müsabiqəsində iştirakBakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş Beynəlxalq Ana dili Gününə həsr olunmuş Bədii Qiraət - Şeir müsabiqəsində iştirak etdiyinə görə məktəbin 8 "A" sinif şagirdi Ələkbərova Aygün və Bu müsabiqəyə öz töhfəsini verdiyiinə görə Azərbaycan dili və ədəbiyyat müəllimi Telnaz Teymurova Təltifnamə ilə təltif olunmuşlar. Şagird və müəllimimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
Cüdo idman növü Kəmər dərəcələriMəktəbin 4 "A" sinif şagirdi Əliyeva Dəniz Azərbaycan Cüdo Federasiyası tərəfindən Kəmər Dərəcələri üzrə rəsmi imtahanı uğurla keçmiş və Ağ Üzəri Sarı Zolaq Kəmər Dərəcəsinə layiq görülmüşdür. Şagirdimizi təbrik edir, uğurlarının bol olmasını arzulayırıq
Şagirdlərimiz beynəlxalq olimpiadada uğur qazanıblarMəktəbin 3 “B” sinif şagirdləri Həbib Həbibzadə, Akif Kərimli və 4 “A” sinif şagirdi Yusif Elbəyiyev AMO (American Mathematics Olympiad) Beynəlxalq Riyaziyyat Olimpiadasında l yerə layiq görülüblər.Olimpiadaçı şagirdlərimiz qızıl medalla təltif olunublar.
Uğur qazanan şagirdlərimizi təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik!