HAQQIMIZDA

Bakı şəhəri 55 nömrəli tam orta məktəb 1991-ci ildə fəaliyyətə başlamışdır. 2013/2014-cü tədris ilində məktəb yenidən tikilib istifadəyə verilmişdir. Məktəbdə həmçinin xüsusi siniflərdə nitq qüsurlu şagirdlər təhsil alır. Məktəb 5 günlük iş rejimi ilə bir növbədə işləyir və tədris Azərbaycan dilindədir. Məktəbdə 42 sinif otağı, avadanlıqla təchiz olunmuş 2 kompüter otağı, fizika, kimya, biologiya kabinetleri və laboratoriyaları, kitabxana, idman və akt zalı mövcuddur. Bəzi sinif otaqlarında “Prometan” elektron lövhə quraşdırılıb və tədris prosesində onlardan istifadə edilir. Məktəbdə 2019-2020-ci tədris ilində 77 müəllim çalışır, 804 şagird təhsil alır. 2015/2016-cı tədris ilində keçirilən "Ekoerudit" Məktəblilərin Respublika Ekoloji Breyn-Rinq bilik yarışında Xətai rayonu üzrə məktəbin komandası II yerə layiq görülmüşdür. Bundan başqa, şagirdlərimiz müxtəlif şeir və mahnı müsabiqələrində, idman yarışlarında fəal iştirak etmiş və mükafatlara layiq görülmüşlər. 2018-ci ildə "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə "Xüsusi siniflərdə (nitqi qüsurlu) təhsil alan şagirdlərin istedadının müəyyənləşdirilməsi, ilkin peşə ixtisas təhsilinə yönləndirilməsi" adlı layihənin qalibi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi