"Kiçik Akedemiya”nın növbəti yığıncağı keçirilib

7 aprel məktəbimizdə "Kiçik Akedemiya”nın növbəti yığıncağı keçirildi. Yığıncağı giriş sözü ilə “Kiçik Akedemiya”nın rəhbəri Gülüsüm Hacıyeva açdı. O, “Sabahın alimləri” 12-ci Respublika müsabiqəsinin 9-11-ci sinif şagirdləri arasında keçirilən yarışmada 3-cü yerə layiq görülən Babayeva Zeynəbin “Tibb və sağlamlıq” mövzusundakı işinin təqdim olunacağını bildirdi. Söz 11"B" sinif şagirdi Babayeva Zeynəbə verildi. Zeynəb böyük həvəslə öz işləri və yaratdıqları cihaz haqqında maraqlı məlumatlar verdi. İclasda məktəbin fizika müəlliməsi Asiyət Musayeva və tərbiyə İşləri üzrə direktor müavini Mətanət Əsgərova iştirak edirdi. Sonda Gülüsüm Hacıyeva şagirdlərə gələcək işlərində uğurlar və yeni nailiyyətlər arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi