"Gələcəyin Alimləri"nin növbəti iclası keçirilib

Bu gün məktəbimizdə "Gələcəyin Alimləri"nin növbəti iclası keçirilib. İclas Xətai Rayonu Heydər Əliyev adına liseydə keçirilən Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərin davamı kimi qiymətləndirilib. Bu tədbirdə məktəbimizin 8"A" sinif şagirdi Əhmədli Nigar "Rusiyanın Azərbaycana təcavüzü: XVIII əsrin əvvəlləri və sonları" mövzusu ilə məruzə edib. Sevindirici haldır ki, Nigarın çıxışı munsiflər heyətinin marağına səbəb olub və diploma layiq görülüb. Həmin mövzu ilə çıxış edən Nigarı Akademiyanın üzvləri böyük maraqla dinləyiblər və Nigara suallarla müraciət ediblər. Nigar bütün sualları cavablandırıb. Sonra söz 9"C" sinif şagirdi Gülaya verilib. Gülayın çıxışı da Ulu Öndərimiz Heydər Əliyevə həsr olunub. İclasda məktəbimizin Təlim-Tərbiyə üzrə direktor müavini Leyla Əhmədova və Tərbiyə işləri üzrə direktor müavini Mətanət Əsgərova iştirak edib. Sonda Kiçik Akademiyanın rəhbəri Gülsüm Hacıyeva Akademiya üzvlərinə və məruzəçiyə öz təşəkkürünü bildirib və şagirlərə uğurlar arzulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi