"KİÇİK AKADEMİYA"NIN NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ

Məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın növbəti seminarı keçirildi. Seminarı giriş sözü ilə məktəbin coğrafiya müəllimi Gülsüm Hacıyeva açdı. Kiçik Akademiyanın üzvləri məruzə və elmi lahiyələrini slaydlarla təqdim etdilər. 11a sinif şagirdləri Kərimova Aytən "Qəribə yagıntılar", Səmədzadə Elmir "Azərbaycanın palçıq vulkanları", 8a sinif şagirdləri Ismayılov Səid "Azərbaycanın gölləri", Məmmədli Mətin "Qan xəstəlikləri" mövzusunda çox maraqlı çıxışlar etdilər. Uğurlu nəticələri ilə fərqlənən şagirdlər münsiflər heyəti tərəfindən müəyyən edilmiş meyarlara əsasən qiymətləndirildi. Sonda məktəbin direktoru Sevinc Tahirova çıxış edərək bildirdi ki, təqdimatlar çox maraqlı hazırlanıb və o, məktəbin Kiçik Akademiyasının bütün gənc alimlərinə işlərində müvəffəqiyətlər arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi