1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirildi

30.05.2025-ci il tarixində ibtidai siniflər məktəb həyətində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə bağlı təntənəli surətdə "Xoşbəxt olsun uşaqlar" adlı tədbir keçirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən Şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. İbtidai sinif şagirdləri hazırladıqları bir-birindən gözəl, rəngarəng, fərqli çıxışlarını tədbir iştirakçılarına təqdim etdilər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı. Sonda şagirdlər Sülh quşu - göyərçini və helium şarlarını havaya buraxdılar. Məktəbin direktoru Yaqut Kərimli şagirdləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etdi, tədbirin təşkilatçılarına və sinif rəhbərlərinə dəstək olan valideynlərə minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi