"Ailəm və məktəbim" layihəsinin keçirilməsi ilə bağlı "Açıq həftə" davam edir

12.05.2025 -16.05.2025-ci il tarixlərində ibtidai siniflər üzrə "Açıq həftə" keçirildi. "Könüllü valideynlər" məktəbə dəvət olundu və övladlarının təhsil aldıqları məktəblə yaxından tanış olunması təmin edildi. Onlar tədris resursları və məktəbdə keçirilən layihələr barədə məlumatlandırıldılar. Valideynlər fənn kabinetləri, məktəb kitabxanası, yeməkxana, idman zalı, tibb personalı, psixoloq ilə yaxından tanış oldular və dərs prosesini izlədilər. Layihə tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedoqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi