İllik tədbirlər planına uyğun olaraq 28 may - Dövlət Müstəqilliyi Günü ilə bağlı məktəbin kitabxanasında "dəyirmi masa" keçirildi

Məktəbin kitabxanasında tarix müəllimi Elnarə Rüstəmovanın təşkilatçılığı ilə 7"B" sinif şagirdləri ilə 28 may - Dövlət Müstəqilliyi Günü ilə bağlı "dəyirmi masa" keçirildi. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər müstəqilliyimizin 107-ci ildönümünə aid hazırladıqları təqdimatları nümayiş etdilər. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, dövlət rəmzləri və müstəqilliyimizin bərpası ilə bağlı ətraflı məlumatları Məmmədhəsənov Cavid, Süleymanlı Ümid və Əli Teymur çatdırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşovla bağlı təqdimatları ilə Kazımlı Mirqasım, Mustafazadə Aysel, Xankişiyev Tunar çıxış etdilər. Eyni zamanda şagirdlər Ulu Öndər Heydər Əliyev və prezident İlham Əliyevin Azərbaycanın müstəqillik dayaqlarının daha da möhkəmləndirilməsini və AXC -ə verdikləri dəyər və qiyməti diqqətə çatdırdılar. Sonda şagirdlər Dövlət Müstəqilliyi Gününə aid videoçarx izlədilər.