1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirildi

29.05.2025-ci il tarixində 1"C" sinif rəhbəri Nailə Quliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Sülh göyərçinləri" adlı tədbir keçirdi. Tədbir Azərbaycan Respublukasının Dövlət Himni ilə başladı. Vətən şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Dahi Lider Heydər Əliyevin uşaqlar haqqında söylədiyi nitqi səsləndirildi. Şagirdlər "Bu gün bayramdır" və "Sağ ol ey Vətən" mahnısını ifa etdilər, şeirlər söylədilər. Onlar milli və digər ölkələrin rəqslərini, türk yallısını, ispan, özbək və hind rəqslərini nümayiş edərək tədbirə xüsusi rəng qatdılar. Şagirdlər Zülfiyyə Xanbabayevanın ifasında "Azərbaycan" mahnısının sədaları altında yallı getdilər və əllərindəki şarları havaya buraxdılar. Tədbir məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi. Direktor Yaqut Kərimli tədbirin təşkilatçısı Nailə Quliyevaya təşəkkürünü bildirdi və şagirdləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi