"Ailəm və məktəbim" layihəsi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsinə start verildi

"Ailəm və məktəbim" layihəsi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsinə start verildi. 05.05.2025-08.05.2025-ci il tarixlərində 5, 6, 7-ci siniflər üzrə "Açıq həftə" keçirilməsi ilə bağlı "Könüllü valideynlər" məktəbə dəvət olundu. Bu layihənin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları məktəblə, məktəbin kitabxanası, yeməkxanası, idman zalı, tibb personalı, psixoloqu ilə yaxından tanış olmaq və dərs prosesini izləməkdir. Layihədə iştirak edən valideynlər qeyd etdilər ki, onların məktəb həyatına cəlb edilməsinin şagirdlərin uğur qazanması üçün xüsusi əhəmiyyəti var. Tədris prosesində hər birimizin fəallığı məktəb mədəniyyətini zənginləşdirir və onun inkişafına kömək edir, tədris prosesinə cəlb edilməyimiz məktəb icması, müəllimlər, valideynlər və şagirdlər tərəfindən də müsbət qarşılanır. Layihədə iştirak edən "könüllü valideynlər" məktəblə bağlı rəy və təkliflərini söylədilər və layihənin təşkilatçılarına öz təşəkkürlərini bildirdilər.