“Ailəm və məktəbim” layihəsi çərçivəsində müxtəlif peşə sahibi olan valideynlərlə şagirdlərin görüşü

Şagirdlərin gələcək peşə istiqamətləri üzrə maarifləndirilməsi məqsədilə məktəbimizdə “Ailəm və məktəbim” layihəsi çərçivəsində müxtəlif peşə sahibi olan valideynlərlə şagirdlərin görüşü təşkil olunmuşdur. Görüşdə məktəbin valideynləri – pilot Zaur Məcidov, SOCAR-da qaynaqçı kimi fəaliyyət göstərən Zübail Qasımov və həkim-dermatoloq Elnur Yusubov iştirak etmiş, öz peşələri barədə şagirdlərə ətraflı məlumat vermiş, şəxsi təcrübələrini bölüşmüş və onların peşə seçimində motivasiyaedici çıxışlar etmişlər.
Şagirdlər peşələrin real iş mühiti, tələb olunan bacarıqlar və gələcək imkanları haqqında dolğun məlumat əldə etmiş, maraqlı suallar ünvanlamış və faydalı tövsiyələr dinləmişlər.
Bu tip görüşlər şagirdlərə yalnız nəzəri biliklər deyil, həm də real həyat təcrübəsi qazandırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.