10-cu siniflərə qəbulla bağlı valideynlərlə maarifləndirici görüş keçirilmişdir

Məktəbimizdə 2025–2026-cı tədris ili üçün 10-cu siniflərə qəbulla bağlı valideynlərlə maarifləndirici görüş keçirilmişdir. Görüşdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Əhmədova iştirak etmiş və valideynlərə qəbul prosesi ilə bağlı ətraflı məlumat vermişdir.

Görüş zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və aidiyyəti normativ sənədlərin tələblərinə uyğun olaraq ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirmiş şagirdlərin tam orta təhsil səviyyəsində (X–XI siniflər) təhsillərini davam etdirmək imkanları izah edilmişdir. Valideynlərə övladlarının ya bitirdikləri məktəbdə, ya da digər ümumi təhsil müəssisəsində, peşə və ya orta ixtisas təhsili pilləsində təhsillərini davam etdirmələri üçün nəzərdə tutulan prosedurlar və zəruri sənədlər barədə geniş məlumat verilmişdir. Tədbirdə həmçinin Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (sy.edu.az) “Şagird yerdəyişməsi” altsistemindən istifadə qaydaları, attestat təqdim olunması və valideyn ərizəsinin yazılması zərurəti vurğulanmışdır. 

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş, valideynləri maraqlandıran suallar cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi