Məktəbimizdə “Son zəng” tədbiri keçirildi

14 iyun 2025-ci il tarixində məktəbimizdə 2024–2025-ci tədris ilinin “Son zəng” tədbiri təntənəli şəkildə qeyd olundu. Tədbir zamanı məktəbi uğurla başa vuran 43 nəfər məzun təhsil həyatının mühüm bir mərhələsini tamamlayaraq yeni bir başlanğıca doğru yola salındı.

Tədbirdə məktəb rəhbərliyi, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elyar Babayev, valideynlər, pedaqoji kollektiv və qonaqlar iştirak etdilər.

Məktəbin direktoru Yaqut Kərimli çıxış edərək bildirdi ki, bu ilki məzunlar təhsildə və ictimai fəaliyyətlərdə fəallıqları ilə seçilmiş, məktəbimizin nüfuzuna öz töhfələrini vermiş şagirdlərdir.

Tədbir şagirdlərin poetik kompozisiyaları, musiqi nömrələri və simvolik “Son zəng” sədaları baş tutdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi