Könüllü valideynlər təltif olunublar

“Ailəm və məktəbim” layihəsi çərçivəsində may ayı ərzində məktəbdə “Könüllü valideyn” aksiyası həyata keçirilmişdir. Aksiya zamanı könüllü valideynlər dərslərdə iştirak etmiş, təlim prosesinə yaxından bələd olmuş, müəllim və şagirdlərlə birlikdə məktəb həyatında birbaşa iştirak etmişdir. 

Eyni zamanda, məktəbdə təşkil olunan müxtəlif fəaliyyətlərə qoşularaq rəhbərlik və pedaqoji heyətə dəstək göstərmiş, maarifləndirici təşəbbüslərə töhfə vermişlər.

Sonda fəal iştirakı və təşəbbüskarlığı nəzərə alınaraq könüllü valideynlər məktəb rəhbərliyi tərəfindən diplomla təltif olunmuşdur.

 

Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cə­miy­yətin inkişafını şərtləndirən amillərdəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi