Aprel döyüşləri

   Aprel döyüşləri və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpəyüksəkliyi və Cocuq MərcanlıGoranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

 Bu gün məktəbin akt zalında  Aprel döyüşlərinə həsr olunmuş "Qəhrəmanlar ölmür" mövzusunda ədəbi-bədii kompozisiya təşkil olundu.

 Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra  vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açıq elan etdi və  aprel döyüşlərinin tarixi və onun mahiyyəti haqqında məlumat verdi.

Şagirdlər tərəfindən hazırlanmış şeirlər, mahnılar tədbir iştirakçılarına təqdim olundu.

Sonda sənədli film nümayiş edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi