Asudə vaxtın səmərəli təşkili

Şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə Səadət İsmayılova 3c sinif şagirdləri ilə Qız qalası, Atəşgah və Yanar dağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna, Zülfiyyə Hacıyeva 3d sinif şagirdləri ilə Şirvanşahlar Sarayi Kompleksi, Qız qalası, Miniatür kitab muzeyinə, Nəzakət İsgəndərova 1d və Ellada Hacıyeva 1e sinif şagirdləri ilə Bakı Zooloji Parkına ekskursiya təşkil edib.
Ekskurziyalar zamanı şagirdlərə muzeylərdə nümayiş etdirilən eksponatlar, müxtəlif çeşidli mis, gümüş, saxsı qablar haqqında məlumat verilib.
Şagirdlər həm milli irsimizlə tanış olub, həm də maraqlı və maarifləndirici məlumatlar əldə ediblər.