“Gənc tədqiqatçı bioloqlar” dərnəyi

Mayın 8-i məktəbdə şagirdlərin elmi biliklərini artırmaq və praktik bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil olunmuş “Gənc tədqiqatçı bioloqlar” dərnəyinin fəaliyyəti izlənilib.
Dərnək üzvləri müxtəlif təcrübələr aparır, təbiətə dair müşahidələr edir və canlı orqanizmlərlə bağlı maraqlı məlumatlar toplayırlar. Dərnək çərçivəsində keçirilən seminar və təqdimatlar şagirdlərdə biologiyaya marağı daha da artırır. Bu fəaliyyətlər şagirdlərin həm nəzəri, həm də praktiki biliklərini möhkəmləndirməyə kömək edir. Biologiya dərnəyi məktəbdə elmi mühitin formalaşmasında mühüm rol oynayır.