Asudə vaxtın səmərəli təşkili

Məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Çünki sağlam əqidənin formalaşması, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan asılıdır.
İbtidai siniflərdə tətil müddətində asudə vaxtın səmərəli təşkili məqsədilə sinif rəhbərləri Aynur Quliyeva 1ç, Günay Namazova 2c sinif şagirdləri ilə Gənc Tamaşaçılar Teatrında “Cırtdanino”, Aytəkin Məmmədova 3a və Gülnar Atakişiyeva 2e sinif şagirdləri ilə Akademik Milli Dram Teatrında “Nindza tısbağalar və kapitan Cekin macəraları” tamaşalarını izləyib.
Şagirdlər tamaşadan xoş təəssüratlarla ayrılıb.