"Art Terapiya Məşğələsi"

Mayın 2-si məktəbin psixoloqu Bənövşə Cabbarova şagirdlərin emosional ifadəsini gücləndirmək, özlərini daha yaxşı tanımasına şərait yaratmaq və sosial bacarıqlarını artırmaq məqsədi ilə V siniflərdə "Art Terapiya Məşğələsi" keçirib.

  Məşğələ qrup şəklində keçirilib. Əvvəlcə art terapiya haqqında ətraflı məlumat verilib, rahat mühit yaradılıb. Sonra isə şagirdlərə müxtəlif rəngli boyalar, markerlər, kəsilən şəkillər və digər sənət materialları təqdim olunub.

Müzakirə mərhələsi uşaqlara həm özlərini ifadə etməyə, həm də başqalarını anlamağa imkan yaratmaqda mühüm əhəmiyyət kəsb etdiyi üçün sonda qrup halında çəkilmiş rəsmlər üzərində müzakirə aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi