Xoş gəldin Novruz!

Martın 18-də Zəkiyyə Mirzəyevanın rəhbərliyi altında məktəbin 2 "ğ" sinif şagirdləri valideynlər ilə birlikdə "Xoş gəldin Novruz" adlı tədbir keçirib.

Bu ilin Heydər Əliyev ili olduğunu nəzərə alaraq Ümummilli Liderimiz Heydər Əliyevin Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandırmasından, onun ölkəmizdə daim yüksək səviyyədə keçirilməsinə şərait yaradaraq yaddaşlardan silinməsinə imkan verməməsindən danışıldı.

Tədbirdə şagirdlər və valideynlər 3 qardaş ölkəni -Türkiyə, Özbəkistan, Kazaxstan və Azərbaycanı təmsil edib. Onlar 4 ölkənin Novruz adətləri haqqında məlumat vermiş, milli rəqslərini nümayiş etmiş, hər xalqın öz dilində şeirlər və bayram təbrikləri təqdim etmişlər.

 Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirə xüsusi rəng qatıb.

Tədbir Yallı rəqsi sədaları altında şagird və valideynlərin rəqs etməsi ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi