“Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsi başa çatıb

Paytaxtdakı 53 nömrəli tam orta məktəbdə təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra olunan “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən V.Əliyeva “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin əhəmiyyətindən, şagirdlərin gələcək inkişafına təsirlərindən danışıb.

BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri G.Qurbanova təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması baxımından təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində müəllimlərin iştirakının vacibliyini vurğulayıb.  

Daha sonra şagirdlərin ifasında Azərbaycan ədiblərinin əsərləri əsasında hazırlanmış səhnəciklər nümayiş etdirilib.

Qeyd edək ki, “Təhsilin inkişafında incəsənətin rolunun artırılması” layihəsinin məqsədi ümumi təhsil məktəblərində təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq mühitinin inkişaf etdirilməsinə xidmət edir. BŞTİ-nin 18, 31, 52, 53 və 60 nömrəli məktəblərindən 30 şagird dörd ay ərzində layihə çərçivəsində yaradılan “İncəsənət dərnəyi”nin məşğələlərində iştirak edib. Bu dərnək şagirdlərdə aktyorluq və nitq bacarıqlarının inkişaf etdirilməsinə, onlar tərəfindən tamaşalar, maarifləndirici sosial videoçarxların hazırlanmasına şərait yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi