Özbəkistan-qardaş ölkəmiz

Martın 14-ü məktəbin ingilis dili müəllimi Kəmalə Seyidova “Özbəkistan-qardaş ölkəmiz” mövzusunda açıq dərs keçdi.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Uyuşmasının Fəxri üzvü Akif Azalp və milliyətçə özbək olan jurnalist Şahista Kamranlı dərsi dinlədi.

Dərs hər iki ölkənin Dövlət Himninin səslənməsi ilə başladı.

Məqsəd şagirdləri möhtəşəm ölkə olan Özbəkistanla tanış etmək, onun qədim mədəniyyəti və orjinallığı haqqında şagirdlərə məlumat vermək olub.

Dərs müddətində şagirdlər Özbəkistanın coğrafi mövqeyi, qədim şəhərləri haqqında tarixi faktları öyrənib. Daşkənd, Buxara, Səmərqənd və Xivə haqqında video çarxlara tamaşa etmiş hər qrup onlara təqdim olunan mətnləri oxuyub, danışaraq, mətnə aid digər qrup üzvlərinə suallar verdilər və müzakirə apardılar.

Şagirdlərin Özbəkistan dilində söylədikləri şeirlər qonaqların marağına səbəb oldu.

Sonda Şahista Kamranlı gətirdiyi hədiyyəni müəlliməyə təqdim etdi və öz təəsüratlarını bizimlə bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi