12 mart- Daxili Qoşunların yaradılması günü

Heydər Əliyev ili çərçivəsində martın 13-ü məktəbin Kitabxanasında kitabxana müdiri Süleymanova Nigarın və kitabxanaçı Abbasova Nəzakətin rəhbərliyi altında X sinif şagirdlərinin iştirakı ilə “12 mart- Daxili Qoşunların yaradılması günü”-nə həsr olunmuş tədbir keçirildi.

Tədbirə Yasamal rayon Mirzə Şəfi Vazeh adına Mərkəzləşmiş sistemin baş kitabxanaçısı Gülnarə Cəlilova, Oxuculara xidmət şöbəsinin oboniment bölməsinin müdiri Lalə Səlimova dəvət olunmuşdur.

Tədbir Ulu Öndər Heydər Əliyevin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə başladı. Lalə Səlimova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Daxili Qoşunların yaradılmasında misilsiz tarixi xidmətlərindən söhbət açdı. Sonra məktəbin Hərbi rəhbəri Şahin Babayev I və II Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda erməni işğalçıları ilə vuruşan daxili qoşunların hərbi hissələri haqqında danışdı.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi