Kiçik Akademiya

Azərbaycan Hərb Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinə ziyarət"Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər planına əsasən tarix və mədəniyyət abidələrimizin tanıdılması istiqamətində şagirdlər arasında məlumatlandırma işi davam etdirilir. 25.05.2023-cü il tarixində məktəbin psixoloqu Məlahət Qasımlı və KA-prezidenti Fidan Əbdüləlizadənin rəhbərliyi altında VII-IX sinif şagirdləri Azərbaycan Hərb Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər.

Ətraflı

"Kiçik Akademiya təqdimatları" adlı konfrans23 may 2023-cü il tarixində Xəzər rayonu 234 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya təqdimatları” adlanan rayon konfransı keçirilmişdir. Konfransda məktəbimizi təmsil edən Aşirova Ayşə Ruslan qızı, məktəbin direktoru Xəyalə Qasımova və KA-nın prezidenti Fidan Əbdüləlizadə də iştirak etmişdir. “Hidrofobiya” adlı təqdimat işi konfrans iştirakçıları tərəfindən diqqətlə dinlənilmiş, mövzuya aid təcrübə nümayiş etdirilib.

Ətraflı

"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində təqdimatlar dinlənilib.10.05.2023-cü il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsinin 13 mart 2023-cü il tarixli əmrinə əsasən "Dəyərlərimizi qoruyaq" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq məktəbimizin Kiçik Akademiyasının üzvləri Orculu Nəzrin, Məmmədli Oruc və Seyfullayeva Zabitənin müvafiq olaraq "Mən fəxr edirəm ki, azərbaycanlıyam", "Heydər Əliyev Azərbaycanda multikulturalizmin banisi kimi" və "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzularında mühazirələri təqdim olundu. Ulu öndərin ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün gördüyü işlərdən, milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, halbelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün həyata keçirdiyi tədbirlərdən bəhs edilən müharizələr məktəb rəhbərliyi və Kiçik Akademiyanın üzvləri tərəfindən böyük maraqla dinlənilib.

Ətraflı

"Elmlərin şahı" adlı bilik yarışıMayın 8-də məktəbin Kiçik Akademiyasının fəaliyyət planına əsasən 9-cu siniflər arasında "Elmlərin şahı" adlı bilik yarışı keçirildi. Məktəbin 9"A" və 9 "B" sinifləri arasında keçirilən yarışda məktəbin direktoru Xəyalə Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva, psixoloqu Məlahət Qasımlı, KA-nın prezidenti Fidan Əbdüləlizadə, riyaziyyat müəllimlərindən Ramil Orucov, Püstəxanım Məmmədova, Ləman Qurbanova da iştirak edib. Həm riyazi, həm də məntiqi suallar əsasında keçirilən bilik yarışında I yerə 9"B" sinfi layiq görüldü.

Ətraflı

"İntellekt" divar qəzetinin aprel ayı üzrə buraxılışıMəktəbin Kiçik Akademiyasının Fəaliyyət planına əsasən "İntellekt" divar qəzetinin aprel ayı üzrə buraxılşı işıq üzü görüb. Qəzetin növbəti buraxılışının hazırlanmasında Kiçik Akademiyanın üzvü olan 10-cu sinif şagirdlərindən Seyfullayeva Rumiyyə, Seyfullayeva Zabitə fəal iştirak ediblər

Ətraflı

"Brainstroming"adlı yarış30.03 2023-cü il tarixində məktəbin "Kiçik Akademiya"sının üzvlərinin iştirakı ilə ingilis dilinə aid 9-cu siniflər arasında "Brainstroming"adlı bilik yarışı keçirilib. KA-nın prezidenti Fidan Əbdüləlizadə və ingilis dili müəllimi Ləman Mahmudovanın mentorluğu ilə təşkil olunmuş yarışda bərabər gedən mübarizənin sonunda 9 "A" sinfi qalib gəldi. Yarış iştirakçıları məktəb rəhbərliyi tərəfindən tutduğu yerlərə müvafiq olaraq sertifikatlarla mükafatlandırıldı.

Ətraflı

"Kolumbun Hindistanı" mövzusunda təqdimatMartın 14-də məktəbimizdə Kiçik Akademiyanın üzvü 7"A" sinif şagirdi Əskərli Məsumənin "Kolumbun Hindistanı" adlı təqdimatı dinlənildi. Məktəbin direktoru Xəyalə Qasımova, psixoloqu Məlahət Qasımlı, KA-nın prezidenti Fidan Əbdüləlizadə, müəllimlərdən Şəfa Kərimova, Almara Həsənovanın və Kiçik Akademiyanın üzvü olan digər şagirdlərin iştirak etdiyi təqdimat maraqla qarşılandı. Məktəb rəhbərliyi tərəfindən Ə.Məsuməyə təşəkkür elan olundu və gələcək işlərində bütün üzvlərə uğurlar arzulandı.

Ətraflı

Qobustan Milli Tarixi-Bədii Qoruğunun muzeyinə ziyarətFevralın 25-də məktəbin Kiçik Akademiyasının fəaliyyət planına əsasən Qobustan Milli Tarixi-Bədii Qoruğunun muzeyinə ziyarət təşkil edilib. Muzeyi ziyarət edənlər arasında məktəbin 9"A" sinif şagirdlərinin bir qrupu, sinif rəhbəri Sənubər Həsənova məktəbin Kiçik Akademiyasının prezidenti Fidan Əldüləlizadə, vitse-prezidenti Esmira İbrahimova da olub.

Ətraflı

Azərbaycan dili fənni üzrə "Bilik yarışı"Fevralın 24-də məktəbin Kiçik Akademiyasının fəaliyyət planına əsasən Azərbaycan dili fənni üzrə "Bilik yarışı"keçirilib. Yarışda məktəbin 9"A" və 9 "B" sinfinin komandaları fəal iştirak edib. Yarışın nəticələrinə əsasən 9"A" sinfi 1-ci yerə layiq görüldü. "Bilik yarışı"nda müvafiq yer tutan komandalar məktəb rəhbərliyi tərəfindən təbrik edilərək, Fəxri fərmanla təltif ediliblər. Şagirdlərimizə gələcək yarışlarda uğurlar diləyirik.

Ətraflı

Tusi-Bohm Planetariuma ziyarət təşkil olunub7 dekabr tarixində məktəbin Kiçik Akademiyasının üzvləri 7-ci sinif şagirdləri ilə birgə Tusi Bohm Planetariuma səfər ediblər.Ekskursiya zamanı şagirdlərə Yerin planet kimi formalaşması, qalaktikaların toqquşması və Yerdə həyatın inkişafından bəhs edən filmlər nümayiş olunub.

Ətraflı

"Ekologiya və ətraf mühit" mövzusunda təqdimatOktyabrın 21-də "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində məktəbin Kiçik Akademiyasının üzvü 8 "a" sinif şagirdi Vəliyeva Yasəmənin "Ekologiya və ətraf mühit" mövzusunda təqdimatı dinlənilib. Təqdimat zamanı şagirdimiz ekologiya elminin vəzifələri, ətraf mühitin abiotik, biotik, o cümlədən antopogen  amilləri, onların canlılara təsiri haqqında geniş məlumat verib.

Ətraflı

"İntellekt" qəzetinin oktyabr ayı üzrə buraxılışıMəktəbin Kiçik Akademiyasının Fəaliyyət planına əsasən "İntellekt" divar qəzetinin növbəti buraxılşı işıq üzü görüb. Qəzetin növbəti buraxılışının hazırlanmasında Kiçik Akademiyanın üzvü olan 10-cu sinif şagirdlərindən Babayev Abdullah, Seyfullayeva Rumiyyə, Seyfullayeva Zabitə fəal iştirak ediblər.

Ətraflı

Kiçik Akademiyanın fəaliyyətinin yekununa dair tədbir keçirildiİyunun 9-da məktəbin Kiçik Akademiyasının (KA-nın) 2021-2022-ci tədris ilinin II yarımil üzrə fəaliyyətinin yekununa dair tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Xəyalə Qasımova, tərbiyə işləri üzrə direktor müavini Məlahət Qasımlı, hərbi rəhbər İxtiyar Behbudov, KA-nın prezidenti Əbdüləlizadə Fidan, fizika-riyaziyyat bölməsinin rəhbəri Almaz Hacıyeva, təbiət bölməsinin rəhbəri Məleykə Hümmətova, 9-11-ci sinif şagirdləri iştirak etmişdir. KA-nın üzvləri 11 b sinif şagirdlərindən Vüsal Əhmədovun və İlkin Həsənovun təqdimatları tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib. Belə ki, KA üzvü, o cümlədən RFO fizika fənni üzrə 3-cü yeri qazanan Vüsal Əhmədov "Elektromaqnit induksiya(naqilsiz ötürmə)", Həsənov İlkin isə "Triqonometriyanın tətbiqi" mövzusunda tədqiqat işlərini təqdim etdilər. Sonda məktəbin direktoru Xəyalə Qasımova tədris ili üzrə KA -nın rəhbərliyinin fəaliyyətini qənaətbəxş hesab etdi, fizika-riyaziyyat bölmə rəhbəri Almaz müəllimi və üzvlərinə il ərzində fəal çıxışlarına görə təbrik etdi, eyni zamanda KA-nın digər bölmələrinin gələcək fəaliyyətində uğurlar arzuladı.

Ətraflı

Məktəbin Kiçik Akademiyasının üzvləri Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyini ziyarət ediblərMəktəbin Kiçik Akademiyasının prezidenti Fidan Əbdüləlizadənin təşkilatçılığı, KA-nın vitse-prezidenti Esmira İbrahimovanın  da iştirakı ilə akademiyanın üzvləri aprelin 1-də Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyini ziyarət ediblər.

Ətraflı

Tarix və coğrafiya fənləri üzrə bilik yarışı keçirildiMəktəbin Kiçik Akademiyasının humanitar fənlər üzrə bölməsinin rəhbəri Aynur Həsənovanın təşkilatçılığı ilə martın 30-da 7-ci siniflərdə təhsil akan KA üzvləri arasında tarix və coğrafiya fənləri üzrə bilik yarışı keçirildi. Yarışın nəticələrinə əsasən qalib 7a sinfi qalib gəldi. Kiçik Akademiyanın üzvlərinə uğurlar arzu edirik.

Ətraflı

"Elektroliz" mövzusunda təqdimat dinlənildi17 yanvar 2022-ci il tarixində məktəbin Kiçik Akademiyasının üzvü 11 b sinif şagirdi Heydərli Məhəmməd "Elektroliz" mövzusunda təqdimatla çıxış etdi. Məktəbin KA-nın Fəaliyyət Planına əsasən keçirilən tədbirdə məktəbin direktoru Xəyalə Qasımova, məktəbin psixoloqu Məlahət Qasımlı, Kiçik Akademiyanın prezidenti Fidan Əbdüləlizadə, vitse-prezidenti Esmira İbrahimova, kimya müəllimləri İbrahim Hüseynov, Məleykə Hümmətova, fizika müəllimi Almaz Hacıyeva, riyaziyyat müəllimləri Ləman Qurbanova, Püstəxanım Məmmədova, KA-nın XI sinif üzrə digər üzvləri iştak ediblər. Təqdimat zamanı H.Məhəmmədin elektroliz ,həmçinin onun tətbiq sahələri haqqında çıxışı dinlənildi. MKA-nın üzvü H.Məhəmməd tərəfindən natrium-nitrat məhlununun elektroliz prosesi elektron lövhədə təqdim edildikdən sonra elektroliz aparatında təcrübə aparıldı. Şagirdin təqdimatı məktəb rəhbərliyi, fənn müəllimləri tərəfindən yüksək qiymətləndirildi.

Ətraflı

"Əylənərək öyrənək!" adlı bilik yarışı keçirildi12 yanvar 2022-ci il tarixində məktəbin Kiçik Akademiyasının Fəaliyyət Planına əsasən "Əylənərək öyrənək!" adlı bilik yarışı keçirildi. Məktəbin KA-nın prezidenti Fidan Əbdüləlizadənin təşkilatçılığı ilə VIII-IX sinif şagirdlərindən ibarət "Günəş", "Uğur", "İnam", "Zəka" adlı komandalar arasında keçirilən yarışda münsiflər heyəti olaraq məktəbin direktoru Xəyalə Qasımova, psixoloqu Məlahət Qasımlı, təsviri incəsənət müəllimi Aynur Hüseynova, ingilis dili müəllimi Gülçöhrə Ərəbova iştirak etmişdir. 3 mərhələdə keçirilən bilik yarışında nəticələrə görə I yerə "İnam", II yerə "Zəka" , III yerə "Uğur" komandası layiq görülmüşdür. Sonda komandalar tutduqları yerə görə diplomlarla təltif olunmuşdur.

Ətraflı

"Təkamül-İnsanın təkamülə təsiri" mövzusunda təqdimat dinlənildiDekabrın 20-də məktəbin Kiçik Akademiyasının şagird prezidenti, 11 b sinif şagirdi Vəliyev Anarın "Təkamül -İnsanın təkamülə təsiri" adlı tədqiqat işi üzrə təqdimatı dinlənildi. Təqdimat zamanı məktəbin direktoru Xəyalə Qasımova, MKA-nın prezidenti Fidan Əbdüləlizadə, məktəbin psixoloqu Məlahət Qasımlı, Azərbaycan dili müəllimi Lamiyə Mehdiyeva, o cümlədən 11 -ci sinif şagirdləri də iştirak ediblər.

Ətraflı

"İntellekt" divar qəzetinin növbəti buraxılışıMəktəbin Kiçik Akademiyasının Fəaliyyət planına əsasən "İntellekt" divar qəzetinin növbəti buraxılşı işıq üzü gördü. Qəzetin növbəti buraxılışının hazırlanmasında Kiçik Akademiyanın üzvü olan 10-cu sinif şagirdlərindən Bağırov Altay, Kərimli Aysu, Rüstəmova Qətibə fəal iştirak ediblər.

Ətraflı

Təbiət fənləri üzrə viktorina keçirildi29 may 2021-ci il tarixində məktəbin "Kiçik Akademiya"-sının (KA) Fəaliyyət planına əsasən KA-nın təbiət bölməsinin rəhbəri Almaz Hacıyevanın təşkilatçılığı ilə VI siniflər arasında təbiət fənləri üzrə viktorina keçirildi. Tədbirdə münsiflər heyəti olaraq məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Aybəniz Orucova, məktəbin KA-sının prezidenti Esmira İbrahimova, KA-nın vitse-prezidenti Fidan Əbdüləlizadə, iştirakçı komandaların tərkibində isə məktəbin VI"a", VI "b", VI "c" siniflərini təmsil edən şagirdlər iştirak edirdi. Viktorina 2 mərhələdə keçirildi. Viktorinanın 1-ci mərhələsində yarış məktəbin VI"b" və VI "c" sinifləri arasında keçirildi və nəticəyə əsasən VI "b" sinfi qalib seçildi. 2-ci mərhələdə isə oyun VI "a"-VI "b" sinif ləri arasında keçirildi. Son nəticəyə görə çox az fərqlə məktəbin VI "a" sinfi qalib seçildi. Şagirdlərimizi təbrik edirik. Növbəti yarışlarda uğurlar diləyirik.

Ətraflı

"Qarabağ uşaqların gözü ilə" adlı rəsm sərgisi keçirildi27 may 2021-ci il tarixində məktəbin "Kiçik Akademiya"sının incəsənət bölmə rəhbəri, o cümlədən məktəbin təsviri incəsənət müəllimi Aynur Hüseynovanın təşkilatçılığı ilə keçirilən "Qarabağ uşaqların gözü ilə" adlı rəsm sərgi müsabiqəsində iştirak edən V-VIII sinif şagirdlərinin əl işləri təqdim olundu. Şagirdlərin əl işləri məktəbin dəhlizində hazırlanmış guşədə yerləşdirildi. Rəsm müsabiqəsinin qalibləri: 1-ci yer- Əhmədova Şəhla _8c 2-ci yer-Qədirli Sevil _8c 3-yer-Əlizadə Günel _5c

Ətraflı

28 May-Respublika Günü münasibətilə tədbir keçirildi26 may 2021-ci il tarixində məktəbin "Kiçik Akademiya"sının Fəaliyyət planına əsasən 3 "a" sinfində 28 May-Respublika Günü münasibətilə tədbir keçirildi. Məktəbin ibtidai sinif müəllimi Tərlan İsmayılovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin KA-sının prezidenti Esmira İbrahimova da iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra məktəbin KA-sına üzv olan 3 "a " sinif şagirdlərindən Mahmudova Fidan, Oruclu Nərmin, Gülverdiyev Elcan, Həsənova Sədiqə, Cəlilova Sevinc, İsrəfilzadə Fidan Xalq Cümhuriyyətinin yaradılmasının 103 illiyi ilə əlaqəli hazırladıqları təqdimatla çıxış ediblər.

Ətraflı

"Azərbaycanın bioloji müxtəlifliyi" mövzusunda təqdimat dinlənildi21 may 2021-ci il tarixində məktəbin "Kiçik Akademiya"sının Fəaliyyət planına əsasən 22 may -Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Microsoft Teams platformasında tədbir keçirildi. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz Orucova, məktəbin KA prezidenti Esmira İbrahimova, KA-nın vitse-prezidenti Fidan Əbdüləlizadə, kimya müəllimi İbrahim Hüseynov, KA-nın şagird prezidenti 10 "b" sinif şagirdi Vəliyev Anar, VI-VII sinif şagirdləri iştirak edib. A.Orucovanın çıxışından sonra KA-nın prezidenti Biomüxtəliflik haqqında qısa məlumat vermişdir. Daha sonra KA-nın şagird prezidenti Vəliyev Anar "Azərbaycanın bioloji müxtəlifliyi" mövzusunda hazırladığı təqdimatla çıxış etdi. A.Vəliyev, çıxışının sonunda şagirdlərə " Təbiəti qorumaq üçün nələri edirsiniz?" sualı ilə şagirdlərə müraciət etdi. Şagirdlərin cavabları dinlənildi. Daha sonra KA-nın vitse-prezidenti F.Əbdüləlizadə çıxış etdi. Sonda E.İbrahimova tədbir iştirakçılarına təşəkkürünü bildirərək tədbiri sonlandırdı.

Ətraflı

"Kiçik Akademiya" üzvümüz Fənn müsabiqələrinin final mərhələsinə hazırlaşır20 may 2021-ci il tarixində məktəbin "Kiçik Akademiya" sının Fəaliyyət planına əsasən Fənn müsabiqəsinin ilk mərhələsində uğur qazanan şagirdlərin növbəti mərhələyə hazırlıq işinin təşkili davam etdirilib. Belə ki, məktəbin KA prezidenti, eləcə də, biologiya müəllimi Esmira İbrahimova tərəfindən biologiya fənnindən Fənn müsabiqəsində iştirak edərək final mərhələsinə vəsiqə qazanan 7 "a" sinif şagirdi Rəsulov Nihata VI-VII sinif üzrə müəyyən mövzuları əhatə edən xüsusi biliklər, o cümlədən məsələlərin həlli qaydaları izah olunub.

Ətraflı

Qala Arxeoloji Etnoqrafik Muzeyə ekskursiya təşkil olunduMəktəbin "Kiçik Akademiya"sının Fəaliyyət planına əsasən 18 may Beynəlxalq Muzeylər Günündə məktəbin 6 b sinfinin sinif rəhbəri, o cümlədən riyaziyyat müəllimi Tağıyeva Sahilə müəllimənin rəhbərliyi, Uşaq Birliyi Təşkilatı rəhbəri Suğra Quliyevanın iştirak ilə akademiya üzvlərinin Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiyası təşkil olunub. Şagirdlər, həmçinin, qeyd olunan kompleksdə yerləşən Tullantıdan Sənətə Muzeyini də ziyarət etmişdirlər.

Ətraflı

Məktəbin "Kiçik Akademiya"sının Şura iclası keçirildi16 may 2021-ci il tarixində məktəbin "Kiçik Akademiya"sının Şura iclası keçirildi. İclasda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz Orucova, Məktəbin "Kiçik Akademiya"sının (MKA) prezidenti Esmira İbrahimova, vitse-prezidenti Fidan Əbdüləlizadə, bölmə rəhbərləri və digər şura üzvləri iştirak etdilər. İclasda A.Orucovanın çıxışından sonra, Məktəbin "Kiçik Akademiya"sının prezidenti E.İbrahimova, tərəfindən Təhsil Nazirliyinin əmri ilə 2007-ci il təsdiq olunmuş "Kiçik Akademiya" haqqında "Əsasnamə"ni rəhbər tutaraq tərtib etdiyi MKA-nın Nizamnaməsi, eləcə də, KA-nın may-iyun ayının Fəaliyyət planını təqdim olundu. Fəaliyyət planına əsasən görüləcək işlər şura üzvləri tərəfindən müzakirə edilərək, fikir mübadiləsi aparıldı, o cümlədən may-iyun aylarında keçirilməsi nəzərdə tutulan tədbirlərin siyahısı icraçıların diqqətinə çatdırıldı.

Ətraflı

"Plastik maddələrin canlılara təsiri" mövzusunda təqdimat dinlənilib29 noyabr 2019-cu il tarixində 323 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının üzvü məktəbin IX sinif şagirdi Vəliyev Anarın "Plastik materialların canlılara təsiri" mövzusunda hazırladığı təqdimatı dinlənildi.Təqdimatda məktəbin "Kiçik Akademiya"sının prezidenti Esmira İbrahimova və IX sinif şagirdləri iştirak ediblər.

Ətraflı

"Kiçik Akademiya"nın üzvü Orucova Lyudmila "Hepatir B virusu" mövzusunda təqdimat ilə çıxış etdi11 iyun 2019-cu il tarixində məktəbin "Kiçik akademiya"sının üzvü Orucova Lyudmila "Hepatit B virusu" mövzusunda hazırladığı təqdimat ilə çıxış etdi. O, çıxışı zamanı bu virusun insan sağlamlığına təsiri, virusa yoluxma yolları, o cümlədən Hepatit B virusuna qarşı mübarizə üsulları haqqında geniş məlumat verdi. Təqdimatda məktəbin direktoru Günay Rüstəmova, təlim-tərbiyə işləri üzrə direktor müavini Esmira İsfəndiyarova, məktəbin "Kiçik akademiya"sının prezidenti, eyni zamanda da, məktəbin biologiya müəllimi Esmira İbrahimova və 9a sinif şagirdləri iştirak ediblər.

Ətraflı

"QİÇS və onunla mübarizə" mövzusunda təqdimat dinlənilib11 iyun 2019-cu il tarixində məktəbin "Kiçik akademiya"sının təbiət fənləri bölməsinin akademisti, IXa sinif şagirdi Məhərrəmova Aminə "QİÇS və onunla mübarizə" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda məktəbin direktoru Günay Rüstəmova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Esmira İsfəndiyarova, biologiya müəllimi Esmira İbrahimova və IXa sinif şagirdləri çıxış ediblər.

Ətraflı

X-XI sinif akademistləri Azərbaycan Xalq Cümhuriyyəti illərinə dair hazırladıqları referat və məruzə ilə çıxış etdilər27 may 2019-cu il tarixində məktəbin "Kiçik akademiya"sının humanitar bölməsinin X-XI sinif şagirdlərindən olan üzvlərinin hazırladıqları təqdimat və referatlar dinlənildi. Təqdimatda məktəbin direktoru Günay Rüstəmova, təlim -tərbiyə işləri üzrə direktor müavini Esmira İsfəndiyarova, məktəbin tarix müəllimi Aynur Həsənova iştirak edirdi. Qeyd edək ki, XI a sinif şagirdi Ələkbərzadə Songül "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövründə hakimiyyətdə təmsil olunan siyasi xadimlər" mövzusunda hazırladığı referatla çıxış etmişdir. XI a sinif şagirdi Abdullalı Sənan isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ərazi dəyişiklikləri" mövzusunda referat ilə, "Azərbaycan Xalq Cümhuriyyəti dövründə- təhsil" mövzusunda isə X b sinif şagirdi Rəsulova Aysel məruzə ilə çıxış etmişdir.

Ətraflı
HAQQIMIZDA

    323 nömrəli tam orta məktəb Xəzər rayonu, Yeni Qala qəsəbəsi ərazisində yerləşir.

   Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu) Qala qəsəbəsi ərazisində məskunlaşmış məcburi köçkün və qa&cce...

BİZİM FƏXRLƏRİMİZ

Leyla Mustafazadə Namiq

Aytac Bağırova Əli

HAQQIMIZDA

    323 nömrəli tam orta məktəb Xəzər rayonu, Yeni Qala qəsəbəsi ərazisində yerləşir.

   Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu) Qala qəsəbəsi ərazisində məskunlaşmış məcburi köçkün və qa&cce...

BİZİM FƏXRLƏRİMİZ

Leyla Mustafazadə Namiq

Aytac Bağırova Əli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi