28 May-Respublika Günü münasibətilə tədbir keçirildi

26 may 2021-ci il tarixində məktəbin "Kiçik Akademiya"sının Fəaliyyət planına əsasən 3 "a" sinfində 28 May-Respublika Günü münasibətilə tədbir keçirildi. Məktəbin ibtidai sinif müəllimi Tərlan İsmayılovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin KA-sının prezidenti Esmira İbrahimova da iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra məktəbin KA-sına üzv olan 3 "a " sinif şagirdlərindən Mahmudova Fidan, Oruclu Nərmin, Gülverdiyev Elcan, Həsənova Sədiqə, Cəlilova Sevinc, İsrəfilzadə Fidan Xalq Cümhuriyyətinin yaradılmasının 103 illiyi ilə əlaqəli hazırladıqları təqdimatla çıxış ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi