HAQQIMIZDA

    323 nömrəli tam orta məktəb Xəzər rayonu, Yeni Qala qəsəbəsi ərazisində yerləşir.

   Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu) Qala qəsəbəsi ərazisində məskunlaşmış məcburi köçkün və qaçqınların 700-ə yaxın məktəbyaşlı uşaqları yaşadıqları ərazilərdən çox uzaqda yerləşən məktəblərdə oxumağa məcbur olurdular. Bu ailələrin nümayəndələri   uşaqlar üçün 700  nəfərlik yeni məktəb korpusunun tikilməsi üçün Xəzər Rayon İcra Hakimiyyətinə, Beynəlxalq təşkilatlara müraciət etmişlər. Məcburi köçkünlərin xahişlərini nəzərə alaraq  Xəzər RİH-i tərəfindən Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunmuşdur.
  Azərbaycanda fəaliyyət göstərən 
"WORL HOPE İnternational" Beynəlxalq Təşkilatının yeni məktəb binasının tikintisinin maliyyələşdirilməsinə razılıq verilmiş, tikilərək
15 sentyabr 2007-ci ildə  istifadəyə verilmişdir.
   Məktəb bir mərtəbəli və 24 sinif otağından ibarətdir.
    Hazırda məktəbimizdə 43 müəllim heyəti fəaliyyət göstərir. 706 nəfər şagird təhsil alır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi