"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində təqdimatlar dinlənilib.

10.05.2023-cü il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsinin 13 mart 2023-cü il tarixli əmrinə əsasən "Dəyərlərimizi qoruyaq" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq məktəbimizin Kiçik Akademiyasının üzvləri Orculu Nəzrin, Məmmədli Oruc və Seyfullayeva Zabitənin müvafiq olaraq "Mən fəxr edirəm ki, azərbaycanlıyam", "Heydər Əliyev Azərbaycanda multikulturalizmin banisi kimi" və "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzularında mühazirələri təqdim olundu. Ulu öndərin ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün gördüyü işlərdən, milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, halbelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün həyata keçirdiyi tədbirlərdən bəhs edilən müharizələr məktəb rəhbərliyi və Kiçik Akademiyanın üzvləri tərəfindən böyük maraqla dinlənilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi