Məktəbin "Kiçik Akademiya"sının Şura iclası keçirildi

16 may 2021-ci il tarixində məktəbin "Kiçik Akademiya"sının Şura iclası keçirildi. İclasda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz Orucova, Məktəbin "Kiçik Akademiya"sının (MKA) prezidenti Esmira İbrahimova, vitse-prezidenti Fidan Əbdüləlizadə, bölmə rəhbərləri və digər şura üzvləri iştirak etdilər. İclasda A.Orucovanın çıxışından sonra, Məktəbin "Kiçik Akademiya"sının prezidenti E.İbrahimova, tərəfindən Təhsil Nazirliyinin əmri ilə 2007-ci il təsdiq olunmuş "Kiçik Akademiya" haqqında "Əsasnamə"ni rəhbər tutaraq tərtib etdiyi MKA-nın Nizamnaməsi, eləcə də, KA-nın may-iyun ayının Fəaliyyət planını təqdim olundu. Fəaliyyət planına əsasən görüləcək işlər şura üzvləri tərəfindən müzakirə edilərək, fikir mübadiləsi aparıldı, o cümlədən may-iyun aylarında keçirilməsi nəzərdə tutulan tədbirlərin siyahısı icraçıların diqqətinə çatdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi