X-XI sinif akademistləri Azərbaycan Xalq Cümhuriyyəti illərinə dair hazırladıqları referat və məruzə ilə çıxış etdilər

27 may 2019-cu il tarixində məktəbin "Kiçik akademiya"sının humanitar bölməsinin X-XI sinif şagirdlərindən olan üzvlərinin hazırladıqları təqdimat və referatlar dinlənildi. Təqdimatda məktəbin direktoru Günay Rüstəmova, təlim -tərbiyə işləri üzrə direktor müavini Esmira İsfəndiyarova, məktəbin tarix müəllimi Aynur Həsənova iştirak edirdi. Qeyd edək ki, XI a sinif şagirdi Ələkbərzadə Songül "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövründə hakimiyyətdə təmsil olunan siyasi xadimlər" mövzusunda hazırladığı referatla çıxış etmişdir. XI a sinif şagirdi Abdullalı Sənan isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ərazi dəyişiklikləri" mövzusunda referat ilə, "Azərbaycan Xalq Cümhuriyyəti dövründə- təhsil" mövzusunda isə X b sinif şagirdi Rəsulova Aysel məruzə ilə çıxış etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi