"Azərbaycanın bioloji müxtəlifliyi" mövzusunda təqdimat dinlənildi

21 may 2021-ci il tarixində məktəbin "Kiçik Akademiya"sının Fəaliyyət planına əsasən 22 may -Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Microsoft Teams platformasında tədbir keçirildi. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz Orucova, məktəbin KA prezidenti Esmira İbrahimova, KA-nın vitse-prezidenti Fidan Əbdüləlizadə, kimya müəllimi İbrahim Hüseynov, KA-nın şagird prezidenti 10 "b" sinif şagirdi Vəliyev Anar, VI-VII sinif şagirdləri iştirak edib. A.Orucovanın çıxışından sonra KA-nın prezidenti Biomüxtəliflik haqqında qısa məlumat vermişdir. Daha sonra KA-nın şagird prezidenti Vəliyev Anar "Azərbaycanın bioloji müxtəlifliyi" mövzusunda hazırladığı təqdimatla çıxış etdi. A.Vəliyev, çıxışının sonunda şagirdlərə " Təbiəti qorumaq üçün nələri edirsiniz?" sualı ilə şagirdlərə müraciət etdi. Şagirdlərin cavabları dinlənildi. Daha sonra KA-nın vitse-prezidenti F.Əbdüləlizadə çıxış etdi. Sonda E.İbrahimova tədbir iştirakçılarına təşəkkürünü bildirərək tədbiri sonlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi