Təbiət fənləri üzrə viktorina keçirildi

29 may 2021-ci il tarixində məktəbin "Kiçik Akademiya"-sının (KA) Fəaliyyət planına əsasən KA-nın təbiət bölməsinin rəhbəri Almaz Hacıyevanın təşkilatçılığı ilə VI siniflər arasında təbiət fənləri üzrə viktorina keçirildi. Tədbirdə münsiflər heyəti olaraq məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Aybəniz Orucova, məktəbin KA-sının prezidenti Esmira İbrahimova, KA-nın vitse-prezidenti Fidan Əbdüləlizadə, iştirakçı komandaların tərkibində isə məktəbin VI"a", VI "b", VI "c" siniflərini təmsil edən şagirdlər iştirak edirdi. Viktorina 2 mərhələdə keçirildi. Viktorinanın 1-ci mərhələsində yarış məktəbin VI"b" və VI "c" sinifləri arasında keçirildi və nəticəyə əsasən VI "b" sinfi qalib seçildi. 2-ci mərhələdə isə oyun VI "a"-VI "b" sinif ləri arasında keçirildi. Son nəticəyə görə çox az fərqlə məktəbin VI "a" sinfi qalib seçildi. Şagirdlərimizi təbrik edirik. Növbəti yarışlarda uğurlar diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi