"Əylənərək öyrənək!" adlı bilik yarışı keçirildi

12 yanvar 2022-ci il tarixində məktəbin Kiçik Akademiyasının Fəaliyyət Planına əsasən "Əylənərək öyrənək!" adlı bilik yarışı keçirildi. Məktəbin KA-nın prezidenti Fidan Əbdüləlizadənin təşkilatçılığı ilə VIII-IX sinif şagirdlərindən ibarət "Günəş", "Uğur", "İnam", "Zəka" adlı komandalar arasında keçirilən yarışda münsiflər heyəti olaraq məktəbin direktoru Xəyalə Qasımova, psixoloqu Məlahət Qasımlı, təsviri incəsənət müəllimi Aynur Hüseynova, ingilis dili müəllimi Gülçöhrə Ərəbova iştirak etmişdir. 3 mərhələdə keçirilən bilik yarışında nəticələrə görə I yerə "İnam", II yerə "Zəka" , III yerə "Uğur" komandası layiq görülmüşdür. Sonda komandalar tutduqları yerə görə diplomlarla təltif olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi