Güləş idman növü üzrə qalibimiz.Məktəbimizin 10 a sinif şagirdi Cəfərli Əli Nəsib oğlu güləş idman növü üzrə ölkəmizdə və ölkəmizdən kənarda keçirilən yarışlarda iştirak etmişdir.Yarışlarda I yerə layiq olduğuna görə diplom və medalla təltif olunmuşdur.
I yer qalibi.Məktəbimizin 8 b sinif şagirdi Oruczadə Şahin 2005-2006-cı il təvəllüdlülər arasında keçirilən açıq birinciliyində 42 kq çəki dərəcəsində I yer tutmuşdur.Medal,kubok və diplomla təltif edilmişdir.
İstedadlı şagirdimiz.Məktəbimizin 7c sinif şagirdi Vəlisoy Səmra 2013-2015 tədris illərində şahmat fənni üzrə yüksək naliyyətlər qazanmışdır.
2015.28 may tarixində məktəbdə keçirilən ibtidai siniflərin şagirdləri arasında şahmat yarışında I yer tutmuşdur.Məktəb rəhbərliyi tərəfindən diplomla təltif olunmuşdur.
12 oktyabr 2016-cı ildə Sabunçu rayon orta ümumtəhsil məktəbləri arasında keçirilmiş "Şahmat üzrə rayon birinciliyi"ndə I yerə layiq olduğuna görə Azərbaycan Respublikası Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunub.
2018 may ayında 80-li məktəbdə Sabunçu rayon məktəbləri arasında keçirilən şahmat yarışında III yerə layiq olduğuna görə diplomla təltif olunmuşdur.
Sentyabr 2018-ci ildə şahmat üzrə yüksək uğur və naliyyətləri olduğuna görə"Təhsil"Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları,Uşaq-Gənclər İdman Şahmat məktəbinə,şahmat üzrə istedadını davamlı inkişaf etdirib uğur qazanmaq üçün məktəb rəhbərliyi tərəfindən yönləndirilmişdir.
16-22 noyabr 2018-ci il "Payız 2018 Şahmat" üzrə təsnifat turnirində IV dərəcəni qazanmışdır.
25-31 yanvar 2019-cu ildə isə "Qış 2019 şahmat"üzrə təsnifat turnirində III dərəcəni qazanmışdır.