HAQQIMIZDA

Məktəb 2007-ci il sentyabrın 15-də istifadəyə verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindədir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşir. Məktəbdə 44 sinif otağı, 4 informatika kabineti, fizika və kimya laboratoriyaları,120 nəfərlik akt zalı, kitabxana fəaliyyət göstərir. 43 ədəd fərdi kompyuter, 139 ədəd notebook və 6 ədəd ağıllı lövhə şagirdlərin istifadəsindədir. Hazırda məktəbdə 29 sinifdə komplektləşdirilmiş 577 şagirdin təhsili ilə 54 müəllim məşğul olur. Həmçinin məktəbin nəzdində 40 şagird evdə fərdi qaydada təhsil alır. Heyət 5 laborant və 20 texniki işçi də daxil olmaqla 82 nəfərdən ibatətdir. Məktəbdə iki məktəbəqədərhazırlıq qrupunda 39 şagird var. Məktəb bir növbəlidir. Fərdi istilikxanası var. Qaz və su ilə daimi təmin olunub. Məktəbə 2007-ci ildən Ramiz Osmanov rəhbərlik edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi