Nailiyyətlərimiz

Şagirdimiz birinci oldu!Məktəbimizin 9 a sinif şagirdi Qasımov Qasım 20 Yanvar-faciəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş 2004-cü il təvəllüdlü uşaqlar və yeniyetmələr arasında keçirilən DİN-in İdman Cəmiyyətinin 22-23.01.2019-cu ildə keçirdiyi boks üzrə açıq birinciliyində 52 kq çəki dərəcəsində birinci yer tutmuşdur.DİN-nin İdman Cəmiyyətinin sədri,polis polkovniki Zemfira Meftaxetdinova idmançımızı diplom və medalla təltif etmişdir.Bu idman yarışının qalibi olduğuna görə biz də məktəb olaraq şagirdimizlə qürur duyuruq və deyirik uğurların daha çox olsun!

İnşa yazı müsabiqəsinin qalibi!11.01.2019-cu il Sabunçu rayon Gənclər İdarəsi Sabunçu rayon məktəbləri arasında 20 yanvar faciəsinin XXIX ildönümünə həsr edilmiş" 20 Yanvar xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda inşa yazı müsabiqəsi keçirmişdir.Bu müsabiqədə məktəbimizin 10b sinif şagirdi Rzayeva Zəhra iştirak etmişdir və II yer tutduguna görə diplomla təltif edilmişdir Biz də məktəb rəhbərliyi olaraq şagirdimizi təbrik edirik və ugurlarının daimi olmasını arzulayırıq.

Şahmat yarışının qalibləri23.11.2018. Sabunçu rayonu məktəblər arasında respublika çempionatının II mərhələsində şahmat idman növü üzrə yarış keçiriilmişdir.Bu yarışda 309 Nli tam orta məktəbin komandası da iştirak etmişdir.Komandamız III yer tutmuşdur.Biz də məktəb rəhbərliyi olaraq komandamızı və komandamızın rəhbəri Muaseyeva Xəyalə müəlliməni təbrik edirik və uğurlarının bol olmasını arzulayırıq.

HAQQIMIZDA

Məktəb 2007-ci il sentyabrın 15-də istifadəyə verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindədir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşir....

BİZİM FƏXRLƏRİMİZ

Samirə Əyyublu Rəfi

Aytən Hidayətli Elşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi