Kiçik Akademiya

"Şagirdlərimizin uğuru bizim uğurumuzdur"Kiçik akademiyanın vitse prezidenti 11 a sinif şagirdi Hüseynzadə Yunis, Allahverdiyeva Aysel yüksək bal topladıqlarına və K A nın fəaliyyətində fərqləndiklərinə görə məktəbin direktoru tərəfindən diplomla təltif olundular.

Ətraflı

"Biz Zəfər Çaldıq"27.12.2020-ci il tarixdə Sabunçu rayonu Regional "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Biz Zəfər Çaldıq" adlı müsabiqənin final turu keçirildi . Final turunda 62 şagird iştirak etdi. Yekun nəticələrə əsasən I yerə - 215 nömrəli tam orta məktəb, II yerə - 96, 112, 215, 307 nömrəli tam orta məktəblər, III yerə 67, 188, 215, 309 nömrəli tam orta məktəblərin şagirdləri layiq görülmüşdür. I, II, III yeri qazanmış şagirdlər "diplom", finalda iştirak edən digər şagirdlər isə "fərqlənmə" ilə təltif olunmuşlar. Müsabiqə F-512 nömrəli əmr əsas tutularaq icra olunmuşdur. Müsabiqə Qarabağ və işğaldan azad olunmuş bölgələrin tarixi , müharibə xronologiyası, tanınmış şəxsiyyətləri, adət-ənənələri mövzusu üzrə suallardan ibarət olaraq 4 mərhələdə , Quizizz Platforması üzərindən təşkil olunmuşdur. Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. #Bizzəfərçaldıq#QarabağAzərbaycandır!

Ətraflı

Breyn-rinq“Breyn-rinq” intellektual oyunun qalibləri diplomlarla təltif olundu. Diplomları KA prezidenti Qənbərli İlhan və vitse prezidentləri Ələkbərov Sərtaç və Hüseynzadə Yunis təqdim etdilər.

Ətraflı

Müstəqillik günü və Breyn-rinq yarışı18 oktyabr tarixində Müstəqillik gününə həsr olunmuş “ Breyn-rinq” intelektual yarış keçirildi. 4 komanda yarandı.4 turda yarış baş tutdu.Breyn-rinqdə, əsasən, 7 və 8-ci sinif şagirdləri iştirak edirdi.Maraqlı suallar səsləndirildi.Fəal şagirdlər və qalib komanda sonda mükafatlandırıldı.Tədbirdə məktəbin psixoloqu Musayeva Xəyalə və digər fənn müəllimləri də iştirak etdilər.

Ətraflı

"İnsan Hüquqları Aylığı"na həsr olunmuş intellektual olimpiada"İnsan Hüquqları Aylığı"na həsr olunmuş "Kiçik Akademiya"lar arasında intellektual olimpiadada şagirdlərimiz Əsgərov İlhan, Hüseynzadə Yunis,Hüseynli Hüseyn III yer tutduğuna görə diplomla təltif olundular.

Ətraflı

Respublika Gününə həsr olunmuş Breyn Rinq intellektual yarış27 May 2019-cu il tarixində məktəbimizin Kiçik Akademiya tərəfindən 28 May Respublika Gününə həsr olunmuş "Breyn Rinq" intellektual yarış təşkil olunmuşdur.Yarışda 8 sinif şagirdlərindən ibarət üç komanda  iştirak edirdi.Suallar KA vitse prezidentləri Qənbərli İlhan,Ələkpərov Sərtac tərəfindən hazırlanmışdır və elmi şuranın rəhbərləri tərəfindən bəyənilmişdir.Yarışın sonunda qalib olan komandanın iştirakçıları KA prezidenti və vitse prezidenti tərəfindən  diplomla təltif olunmuşdur.Yarış məktəbin şagirdləri tərəfindən böyük maraqla qarşılanmışdır.

Ətraflı

Hüseynzadə Yunisin fizikada yeni ixtirası.Səsdən enerjinin alınması01.05 2019-cu il tarixində KA tərəfindən təşkil olunmuş 9"A" sinif şagirdi H.Yunisin ixtira etdiyi yeni cihazın təqdimatı keçirildi.Təqdimatda KA –nın üzvləri və yuxarı sinif şagirdləri iştirak etmişdir.İxtiranın əsas məqsədi səs dalğalarını elektrik enerjisinə çevirməkdir.Təqdimatda Yunis öz ixtirası haqqında şagirdlərə geniş məlumat verdi.Elmi rəhbəri fizika müəllimi Ələkbərova Ülkər onu bu işdə istiqamətləndirib və ona tədqiqatçılıq fəaliyyətində öz dəstəyini göstərmişdir.Onun ixtirası məktəbin şagirdləri tərəfindən böyük marağa səbəb olmuşdur.Gənc ixtiraçı Yunisi təbrik edir və ona elmi tədqiqat işlərində uğurlar arzu edirik.

Ətraflı

"Kiçik Akademiya" nın təsis konfransı keçirildi.01.03.2019-cu ildə məktəbimizdə “Kiçik Akademiya”nın yaradılması haqqında təsis konfransı keçirildi.KA yaradılmasında məqsəd şagirdlərin müxtəlif sahələr üzrə aldıqları biliklərin təkmilləşdirilməsi ,onların elmi idrakın üsulları ilə tanış edilməsi və maraq dairələrinin,dünya görüşünün inkişafı,tədqiqatçılıq fəaliyyəti üzrə bacarıq və vərdişləri əldə etməsi,elmin müxtəlif sahələri arasında dərin əlaqənin qavraması ən əsası yaradıcı təfəkkürün inkişaf etdirilməsidir. KA –nın elmi yaradıcı şurası aşağıdakı kimi müəyyən olunmuşdur: Riyaziyyat- fizika fənnləri üzrə elmi şuranın rəhbərləri - Şeyranov Əsgər,Ələkbərova Ülkər Kimya –Biologiya fənnləri üzrə - Qasımova Nurlana ,İsmayılova Əfsanə Tarix- Coğrafiya fənnləri üzrə - Süleymanzadə Gilə ,Qarayeva Vüsalə,Rəhimli Nuray Azərbaycan dili və ədəbiyyat fənnləri üzrə - Namazova Sülhanə,Sultanova Aişəxanım İncəsənət və fiziki tərbiyə fənnləri üzrə - Pənahova Hökümə, Tanrıverdiyeva Təranə KA- nın tərkibi aşağıdakı kimi təsdiqləndi: KA –nın prezidenti - Əsgərov İlhan Vitse prezidentlər – Ələkpərov Sərtac ,Hüseynzadə Yunis Əziyev Taleh Məmmədova Samirə Qənbərli Fidan Rzayeva Zəhra Allahverdiyeva Aysel Qılmanov Yasin Qənbərli İlhan Arzumanova Fidan Allahverdiyeva Aysel Kazımzadə Təranə Sadıqova Səyyarə Əlizadə Aysun Musayeva Nigar Muradov Fateh Əliyev Rövşən Cəfərli Əli Abdullasoy Mətin Həsənzadə Səma Həsənov Emin Bağırzadə Bəhram

Ətraflı
HAQQIMIZDA

Məktəb 2007-ci il sentyabrın 15-də istifadəyə verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindədir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşir....

BİZİM FƏXRLƏRİMİZ

Samirə Sadıqlı Vasif

Söhrab Vahidli

HAQQIMIZDA

Məktəb 2007-ci il sentyabrın 15-də istifadəyə verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindədir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşir....

BİZİM FƏXRLƏRİMİZ

Samirə Sadıqlı Vasif

Söhrab Vahidli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi