Birinci olduq!26 dekabr 2018-ci il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Sabunçu rayon Gənclər və İdman İdarəsi 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Sabunçu ryon təhsil müəssisələrində çalışan qadın müəllimlər arasında mini-futbol turniri keçirmişdir.Bu turnirdə məktəbimizin komandası 67 saylı məktəbin komandası ilə yarışmışdır və 1:0 hesabıyla bu yarışın qalibi olmuşdur.Yarışda icra başçısının müavini Rəna xanım və Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi R.Əliyev iştirak etmişdir və komandamızı diplom və medalla təltif etmişdir.Biz də komandamızın bu uğuruna sevinirik və komandamızı təbrık edirik.
Şagirdimizin uğuru.27.11.2018.
Məktəbmizin 3 b sinif şagirdi Cəfərov Tofiq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Göyçay rayon Gənclər və İdman İdarəsinin Taekvondo İdman növü üzrə Göyçay rayon açıq birinciliyində 28kq çəki dərəcəsində III yer tutduğuna görə diplomla təltif olunmuşdur.Şagirdimizi təbrik edirik və daha böyük uğurlar arzu edirik.
Sərbəst güləş üzrə qalibimiz.Sərbəst güləş üzrə azyaşlılar arasında "Legion"İdman Klubunun açıq birinciliyində 29 kq çəki dərəcəsində III yer tutduğuna görə şagirdimiz Ağalarzadə Yusif diplomla təltif olunmuşdur.Şagirdimizi təbrik edirik və uğurlarının davamlı olmasını arzulayırıq.