ONLAR ŞAHMAT FESTİVALININ QALİBİ OLDULAR!14-15 aprel tarixlərində 309 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Şahmat" fənni tədris edilən pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən şahmat festivalının Sabunçu rayonu üzrə rayon turu baş tutdu. Bu turda məktəbimizin bir neçə şagirdləri fərqlənərək fəxri fərmanlarla təltif edildilər.Şagirdlərimizin uğurları bizi çox sevindirdi.Onların yariş üçün hazırlaşdırılmasında və yetişdirilməsində məktəbin psixoloqu və eyni zamanda bu fənni tədris edən Xəyalə Musayevanın əməyi danılmazdır.Müəllimə və şagirdlərimizə məktəb rəhbərliyi adından təşəkkür edirik.
İdman üzrə nailiyyətlərimizMəmmədov Samir Bayram oğlu 2011-cu ildə Türkiyənin Ankara şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 46 kq çəki dərəcəsində 1-ci yeri, Moskva şəhərində keçirilən yeniyetmələrin III festivalında 3-cü yeri, Gürcüstanın Qori və Türkiyənin Şanlı Urfa şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 50 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə sahib olub
İdman üzrə nailiyyətlərimizPiriyev Adəm Novruz bayramına həsr olunmuş Sərbəst güləş üzrə açıq turnirində 2011-ci ildə 2-ci yeri, yeniyetmələr arasında "Pəhləvan" İdman Klubunun açıq birinciliyində 68 kq çəki dərəcəsində 2-ci yeri, "Kentavr" İdman Klubunun açıq birinciliyində 75 kq çəki dərəcəsində 2-ci yerə layiq görülmüşdur.