İdmanda növbəti uğurumuzMəktəbimizin 10"A" sinif şagirdi Əliyev Zaur Ayaz oğlu
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi təşkilatçılığı ilə keçirilən MMA idman növü üzrə Bakı şəhər turnirində 54 kq çəkisiylə 16-17 yaşlar arasında I yerə layiq görüldüyünə görə diplom və medalla təltif olunub.
Balaca idmançımızMəktəbimizin 3"B" sinif şagirdi İsmayılzadə Amil Nasir oğlu Qafqaz-Arena İ.K- nun açıq birinciliyində 2010-2012-ci il təvəllüdlü idmançıların arasında 34 kq çəki dərəcəsində III yer tutduğuna görə diplom və medalla təltif olunub.
Məzunumuz Avropa çempionu olduMəzunumuz Abdullayev Məhəmməd Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında keçirilən Avropa çempionatında iştirak edib.Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev final döyüşünə çıxıb.91 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledeici görüşdə Almaniyalı Viktor Yurkla üz-üzə gəlib və döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib.M.Abdullayev qalib gələrək,Avropa çempionu tituluna yiyələnib.